21/05/2020
18:19
1606
| A A A
Arsenal-ın ulduz futbolçusu PSG-nin hədəfində

PSG Arsenal-ın futbolçusu Pyer-Emerik Obameyanqla maraqlanır.

Goal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubunun 30 yaşlı hücumçu üçün 40-50 milyon avro arası məbləğ ödəməyə hazır olduğu bildirilir. Xəbərdə o da qeyd olunub ki, qabonlu oyunçu London təmsilçisi ilə 2021-ci ilin iyununda başa çatacaq müqavilənin müddətini uzatmaq istəmir.

Xatırladaq ki, Obameyanq bu mövsüm İngiltərə Premyer Liqasında 26 matçda 17 qol vurub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5386 səs