22/05/2020
15:38
1849
| A A A
Barcelona-dan Everton-a

Schalke-də icarə əsasında çıxış edən Barcelona-nın müdafiəçisi Jan Kler Todibo karyerasını Premyer Liqada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Everton futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, Kataloniya klubu oyunçuya 25 milyon avro qiymət qoyub. Schalke də Todibonu heyətinə cəlb etmək istəyir. Ancaq Bundesliqa təmsilçisi Barcelona-nın tələb etdiyi pulu ödəyə bilmir.

Gənc futbolçu ilə Roma və İnter-in də maraqlandığı iddia edilir. Lakin Todibo üçün tələb edilən məbləği yalnız Everton ödəməyə hazır olduğunu bildirib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21480 səs