23/05/2020
17:45
1709
| A A A
Barcelona-nın müdafiəçisi İtaliya nəhənginin hədəfində

Barcelona-nın müdafiəçisi Samuel Umtiti karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, futbolçu İnter-in maraq dairəsindədir.

Məlumata görə, A Seriyası təmsilçisi yayda müdafiə xəttini gücləndirmək niyyətindədir. Baş məşqçi Antonio Konte 26 yaşlı oyunçunu heyətində görmək istəyir. Kataloniya klubu fransalıya 30 milyon avro qiymət qoyub. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, Umtitinin Barcelona ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir. O, cari mövsüm 16 matçda çıxış edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19405 səs