24/05/2020
17:50
3762
| A A A
Koutinyo Premyer Liqaya qayıdır

Filipp Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Chelsea futbolçunun xidmətində maraqlıdır.

Mövsümü icarə əsasında Bayern Münich-də keçirən braziliyalının komandada qalmayacağı bildirilir. Müqavilə ilə məxsus olduğu Barcelona isə futbolçunu satmaq və ya yenidən icarəyə verməyi planlaşdırır.

27 yaşlı yarımmüdafiəçi ilə daha əvvəl Manchester United də maraqlanırdı. Ancaq Koutinyo üçün London klubunun daha israrlı olduğu vurğulanıb.

Qeyd edək ki, futbolçu 2018-ci ildə Liverpool-dan Barcelona-ya keçmişdi.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8916 səs