29/05/2020
13:51
3089
| A A A
Real Madrid 4 futbolçusu ilə vidalaşır - dünya çempionuna görə

Real Madrid Manchester United-də çıxış edən Pol Poqba üçün 4 futbolçusundan imtina edə bilər.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi 27 yaşlı fransalı yarımmüdafiəçi ilə Martin Edeqor, Xames Rodriqez, Lukas Vazkes və Mariano Diası dəyişdirməyə hazırdır.

Pol Poqba 2019/2020 mövsümündə 8 oyunda meydanda olub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi ayaq biləyindəki zədə səbəbindən mövsümün çox hissəsini buraxıb. 2018-ci ildə Rusiyada keçirilən dünya çemionatının qalibi olan futbolçunun klubu ilə gələn ilin iyununadək müqaviləsi var.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8916 səs