02/07/2020
13:27
3396
| A A A
Bayern Münich ulduz futbolçunu göndərir

Bayern Münich İnter-dən icarəyə götürdüyü İvan Perişiçlə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, Münhen klubu 31 yaşlı forvardın icarə müqaviləsindəki birdəfəlik transfer etmək bəndindən istifadə etməyəcək. Xorvatiyalı futbolçu yaxın zamanda müqavilə ilə məxsus olduğu İnter-ə qayıdacaq.

Perişiçin transfer qiyməti 20 milyon avro olaraq dəyərləndirilir.

Keçən ilin yayından icarə əsasında Bayern-də çıxış edən futbolçu, iştirak etdiyi 30 oyunda 6 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12429 səs