02/07/2020
19:22
2163
| A A A
Chelsea-dən PSG-yə

Chelsea-nin müdafiəçisi Kurt Zuma karyerasını PSG-də davam etdirə bilər.

Goal.az xəbər verir ki, 25 yaşlı futbolçu mövsüm sonunda London klubundan ayrılacaq.

Zumanın “zadəganlar”la 2023-cü ilə qədər müqaviləsi olsa da, baş məşqçi Frenk Lempardın planlarına daxil deyil. Chelsea fransalı oyunçunun satışından 30 milyon avro qazanmaq niyyətindədir.

PSG-nin baş məşqçi Tomas Tuxelin də Zumanı heyətində görmək istədiyi bildirilir. Yaxın günlərdə tərəflərin danışıqlara başlayacaqları qeyd edilib. (Matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13068 səs