03/07/2020
18:18
2618
| A A A
Chelsea-nin futbolçusu İtaliya nəhənginə keçir

Chelsea-nin yarımmüdafiəçisi Temue Bakayoko karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Milan futbolçu ilə yaxından maraqlanır.

Bildirilir ki, İtaliya klubu fransalı oyunçu ilə yaxın vaxtda danışıqlara başlayacaq. Rəhbərlik Bakayoko üçün London təmsilçisinə 23 milyon funt sterlinq təklif edəcək.

Əgər tərəflər razılığa gəlsə, 25 yaşlı yarımmüdafiəçi Milan-a transfer olunacaq. Bakayokonun da İtaliyada oynamağa müsbət yanaşdığı vurğulanıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12668 səs