04/07/2020
12:53
2495
| A A A
Messi Barcelona-dan ayrılır?

Barcelona-nın hücumçusu Lionel Messi komandadan ayrılmağı düşünür.

Goal.az xəbər verir ki, argentinalı futbolçu, Kataloniya klubu ilə müqavilənin müddətini uzatmaqla bağlı apardığı danışıqları dayandırıb.

Futbolçunun yaxınlarına Barcelona-dan ayrılmaq istədiyini, klubla bağlı yayılan söz-söhbətlərdən bezdiyini dediyi bildirilir. Onun komandanın son vaxtlardakı uğursuz çıxışından və klubun uğurlu layihəsinin olmamasından şikayətləndiyi deyilir.

Messinin Barcelona ilə müqaviləsini 2023-cü ilədək uzatmaqla bağlı razılığa yaxın olduğu bildirilirdi. Onun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır. (Matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13073 səs