04/07/2020
14:58
1871
| A A A
Roma PSG-nin ulduz futbolçusunu alır

PSG-nin hücumçusu Edinson Kavani karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Goal.az xəbər verir ki, “Roma” futbolçu ilə yaxından maraqlanır.

Bildirilir ki, 33 yaşlı uruqvaylı forvardla paytaxt klubu arasında ilkin razılıq əldə olunub. Yaxın günlərdə müqavilənin detalları barədə də anlaşma imzalanacaq.

Qeyd edək ki, Kavani “Roma”ya azad agent kimi keçəcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13074 səs