04/07/2020
18:46
3430
| A A A
Liverpool Bayern Münich-in ulduzunu transfer edir

Liverpool Bayern Münch-in futbolçusu Tyaqo Alkantara ilə danışıqlar aparır.

Goal.az xəbər verir ki, Mersisayd təmsilçisi 29 yaşlı ispan yarımmüdafiəçiyə 4 illik müqavilə təklif edib.

Bayern İspaniya millisinin üzvü üçün Liverpool-dan 35 milyon avro istəyir. Oyunçunun bir mövsüm ərzindəki maaşı isə 8 milyon avrodur.

Qeyd edək ki, Tyaqo Alkantara 2019/2020 mövsümündə Bayern-nin heyətində 35 oyunda meydanda olub, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyalı futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13073 səs