11/07/2020
16:52
1769
| A A A
Obameyanq Arsenal-ı gözlədir

Pyer Emerik Obameyanq Arsenal-la müqavilə yeniləməyə tələsmir.

Goal.az xəbər verir ki, qabonlu forvard hələlik özünə gələcək təklifləri gözləyir.

Bildirilir ki, 28 yaşlı futbolçu London klubunun müqavilə müddətini uzatmaq istəyinə müsbət cavab verməyib. O, özünə uyğun təklif gələrsə, komandadan ayrıla bilər.

Obameyanq yekun qərarını çempionat bitdikdən sonra verəcəyini vurğulayıb.

Qeyd edək ki, hücumçunun “topçular”la müqaviləsi gələn mövsümün sonuna qədərdir. (matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13064 səs