16/07/2020
10:47
2486
| A A A
PSG-nin əsas transfer hədəfi

PSG Manchester United-in futbolçusu Markus Reşfordu transfer etmək istəyir.

Goal.az xəbər verir ki, Paris təmsilçisinin əsas transfer hədəfi 22 yaşlı hücumçudur. Bildirilib ki, klubun baş məşqçisi Tomas Tuxel ingilis oyunçunu çox bəyənir və onu komandasında görməkdə israrlıdır.

Manchester United-in isə Reşfordla yolları ayırmaq istəmədiyi vurğulanıb. Ancaq klub onun gedişinə mane olsa bilməsə, PSG-dən 100 milyon funt sterlinq tələb edəcək.

Qeyd edək ki, Reşfordun "qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12663 səs