16/07/2020
15:55
1865
| A A A
Valencia-dan Manchester City-yə

Valencia-nın futbolçusu Ferran Torres Manchester City-ə transfer olacaq.

Goal.az xəbər verir ki, “şəhərlilər” 20 yaşlı hücumçu ilə razılığa gəlib. Klublar arasındakı danışıqlarda da anlaşma əldə edilib.

İspaniyalı forvardın Premyer Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, bu mövsüm Ferran Torres 42 oyunda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. (matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13162 səs