25/07/2020
19:37
25088
| A A A
İtaliya nəhəngindən Messiyə fantastik təklif

İnter Barcelona-nın futbolçusu Lionel Messini transfer etməyə çalışacaq.

Goal.az xəbər verir ki, "neradzurri" argentinalı hücumçunun keçidini onun Kataloniya təmsilçisi ilə müqaviləsinin bitəcəyi 2021-ci ilin yayında azad agent kimi gerçəkləşdirmək niyyətindədir.

Bu halda Messinin İnter-də illik maaşı 50 milyon avro təşkil edəcək. Bunun əvəzində klub 33 yaşlı hücumçunun yeni sponsorlar cəlb etməkdə yardımçı olacağına ümid edir.

Qeyd edək ki, Lionel Messi bütün karyerasını Barcelona-da keçirib. O, 2019/2020 mövsümündə Primerada 33 oyuna 25 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Messi hər iki göstəricidə ən yaxşı sayılıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12122 səs