31/07/2020
18:56
2207
| A A A
Sulşer MU rəhbərliyini tələsdirir - Sançoya görə

Manchester United-in baş məşqçisi Ule-Qunnar Sulşer rəhbərliyin Borussia Dortmund-un vinqeri Ceydon Sançonun transferini ən qısa müddətdə həll etməsini istəyir.

Goal.az xəbər verir ki, Sulşer Harri Maquayr, Brunu Fernandeş kimi oyunçuların transferləri zamanı baş verənlərin təkrarlanmasından ehtiyatlanır. O, əlavə vaxt itirməyin əleyhinədi və futbolçunun adaptasiyası üçün uzun müddət tələb olunduğunu düşünür.

Mənbənin məlumatına görə, Sanço uğrunda mübarizədə favorit olduqlarına inanan United rəsmiləri transfer qiymətini 80 milyon funta kimi azalda biləcəklərindən əmindilər. Vitse-prezident Ed Vudvordun ilkin təklifinin 50 milyon funt olacağı bildirilir. Sulşer və məşqçilər heyəti isə təklifin reallığa uyğun olmasını istəyir. Onlar Borussia-nın bu məbləğə "yox" deyəcəyindən əmindilər.

20 yaşlı futbolçu norveçli mütəxəssisin yay üçün əsas transfer hədəfidi. Borussia daha öncə Sançonu 120 milyon avrodan aşağı qiymətə satmayacağını açıqlamışdı.

Manchester United-in transferi rəsmiləşdirmək üçün 10 avqusta kimi vaxtı var. Sözügedən tarixdə Dortmund klubunun yeni mövsüm hazırlıqları başlayacaq. (Fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12125 səs