Vertonqen İtaliya nəhənginə keçir
Tottenham-dən ayrılan Yan Vertonqen karyerasını İtaliyada davam etdirə bilər.
Goal.az xəbər verir ki, müdafiə xəttini gücləndirmək istəyən İnter Vertonqenin xidmətində maraqlıdır. 33 yaşlı futbolçunun keçidə qarşı olmadığı bildirilir.
Qeyd edək ki, Vertonqen azad agent statusundadır. 2019-20 mövsümündə 30 matçda meydana çıxan belçikalı 2 dəfə fərqlənməyə imkan tapıb.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR