02/08/2020
23:41
1426
| A A A
Bundesliqa klubunda yeni hücumçu

Almaniyanın “Union Berlin” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Schalke”nin hücumçusu Sedrik Toyxerti transfer edib.

Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı forvardla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

“Nürnberg”in yetirməsi olan Toyxert, 2018-ci ildən “Schalke"də çıxış edirdi. O, geridə qalan mövsümü icarə əsasında “Hannover”də keçirib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18982 səs