05/08/2020
13:58
1873
| A A A
Smollinq Manchester United-ə qayıtdı

“Roma”nın müdafiəçisi Kris Smollinq klubdan ayrılıb.

Goal.az xəbər verir ki, bunu 30 yaşlı futbolçu sosial şəbəkə hesabında açıqlayıb.

Müqavilə ilə “Manchester United”ə məxsus olan Smollinq icarə sazişinin bitdiyi üçün paytaxt təmsilçisini tərk edib.

Qeyd edək ki, “Roma” Smollinqi mövsümün əvvəlində icarəyə götürmüşdü. İtaliya klubu onu heyətində saxlamaq istəsə də, "Manchester United"lə razılığa gələ bilməyib. İngilis futbolçu başa çatan mövsümdə "Roma" ilə 37 oyuna çıxıb və 3 qol, eyni sayda da məhsuldar ötürmə ilə fərqlənib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19123 səs