06/08/2020
21:33
7013
| A A A
Türkiyə millisinin üzvü La Liqa nəhənginə keçir

Leicester City-də çıxış edən Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Barcelona Türkiyə millisinin üzvünü heyətinə qatmaq niyyətindədir.

Məlumata görə, Kataloniya klubu Çağlar üçün Premyer Liqa təmsilçisinə 40 milyon avro ödəməyə hazırdır. Barcelona-nın 24 yaşlı müdafiəçiyə 5 illik müqavilə təklif edəcəyi bildirilir.

Qeyd edək ki, futbolçu ötən mövsüm Premyer Liqada 42 oyunda çıxış edib. Onun aktivində bir qol və eyni sayda assist var.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18990 səs