10/08/2020
13:23
2366
| A A A
Barcelona-nın futbolçusu Premyer Liqaya keçə bilər

"Barcelona”nın yarımmüdafiəçisi Rafinya Alkantara karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Premyer Liqanın iki klubu 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.

“Everton” və “Wolverhampton” Rafinyanı heyətinə qatmaq niyyətindədir. Braziliyalı futbolçunun “Selta”nın da maraq dairəsində olduğu bildirilir.

Kataloniya klubu da Rafinyanın satışına müsbət yanaşır. “Barcelona”nın Rafinyanın təzminat məbləğini 16 milyon avro olaraq müəyyənləşdirdiyi deyilir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19126 səs