12/08/2020
10:49
2316
| A A A
Tottenham-də yeni transfer

“Tottenham” heyətinə yeni futbolçu cəlb edib.

Goal.az xəbər verir ki, London təmsilçisi “Southampton”dan Pyer-Emil Hoybyerqi transfer edib.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atıb.

2016-cı ildən “Southampton”da forma geyinən Hoybyerq Danimarka millisinin də üzvüdür. O, geridə qalan mövsümdə bütün turnirlər çərçivəsində 38 oyuna çıxıb.

“Tottenham”in bu transfer üçün 15 milyon funt-sterlinqindən keçdiyi bildirilir.

“Southampton” da “Tottenham”in müdafiəçisi Kayl Uolker-Petersi transfer edib. Sözügedən klub 23 yaşlı oyunçunu bu ilin yanvarında icarəyə götürmüşdü. Hoybyerq transferinin tərkib hissəsinə çevrilən Kayl “Southampton”la 5 illik müqaviləyə imza atıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24280 səs