13/08/2020
16:26
6658
| A A A
Ronaldo Barcelona-ya keçmək istəyir?

İtaliya təmsilçisi "Juventus"da çıxış edən Kriştiano Ronaldonun agenti Jorje Mendeş futbolçunu İspaniya "Barcelona"sı daxil olmaqla bir neçə kluba təklif edib.

Goal.az xəbər verir ki, bu barədə jurnalist Gilerme Balaqe bildirib. Onun sözlərinə görə, agent 35 yaşlı hücumçu üçün müxtəlif klublarla əlaqə qurub.

Mendesin təklifini alan komandaların arasında "Barcelona" ilə yanaşı, PSG və bir neçə Şimali Amerika təmsilçisi olub.

Jurnalistin sözlərinə görə, Ronaldo "Qızıl top" mükafatını qazana biləcəyi komandaya keçmək istəmir. Balaqe deyib ki, portuqaliyalı forvardın əsas hədəfi illik 23 milyon avro qazanmaqdır.

Qeyd edək ki, Ronaldo "Juventus"a 2018-ci ilin yayında "Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı forvard İtaliya çempionatında cari mövsümün 33 matçında (bütün oyunlarda əsas heyətdə) iştirak edərək 31 qol vurub, həmçinin 6 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 2022-ci il ilin yayında başa çatır. (report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24282 səs