03/09/2020
18:21
12549
| A A A
Real Madrid-dən Manchester United-ə

Real Madrid-in futbolçusu Serxio Regilon karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Manchester United 24 yaşlı müdafiəçiyə təklif göndərib. "Qırmızı şeytanlar" ispaniyalı oyunçu ilə uzunmüddətli müqavilə imzalamağa hazırdır.

Regilon 2019/2020 mövsümündə icarə əsasında Sevilla-da oynayıb. Avropa Liqasının qalibi olan komanda müdafiəçini yenidən heyətinə cəlb etmək istəyir.

Qeyd edək ki, Serxio Regilon 2019/2020 mövsümündə Sevilla-nın heyətində 38 matçda iştirak edib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9796 səs