26/09/2020
12:26
2668
| A A A
Leicester City-dən Trabzonspor-a

Trabzonspor heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi Leicester City-nin yarımmüdafiəçisi Fusseni Diabateni transfer edib.

Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

Türkiyə təmsilçisi bu transfer üçün qarşı tərəfə 1 milyon 573 min avro təzminat ödəyib. Diabate özü isə yeni klubunda ilinə 1 milyon avro qazanacaq. Futbolçunun gələcəkdə başqa bir kluba satışı zamanı da əldə olunacaq gəlirin 15 faizi Leicester City-ə ödəniləcək. 3 ildən sonra Trabzonspor onu yenə heyətində saxlamaq istəsə, əlavə bir ildə ona 1 milyon 50 min avro ödəyəcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9797 səs