Napoli-dən Juventus-a
Napoli-nin 35 yaşlı hücumçusu Fernando Llorente karyerasını Juventus-da davam etdirə bilər.
Goal.az xəbər verir ki, məlumatı Calciomercato yayıb.
Mənbə hücumçunun baş məşqçi Cennaro Qattuzonun planlarına daxil olmadığını və qışda Neapol təmsilçisindən ayrılmağa hazırlaşdığını vurğulayıb.
Onun 2013-2015 aralığında formasını geyindiyi Juventus-a keçmək ehtimalı yüksək dəyərləndirilir. Turin təmsilçisindən başqa, Llorente ilə İnter-in və bir neçə İspaniya təmsilçisinin də maraqlandığı bildirilir.
Qeyd edək ki, 2019-cu ilin yayında Tottenham-dən ayrılan və azad agent qismində Napoli-yə keçən Fernando bu mövsüm bir oyuna da çıxmayıb.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR