Juventus hücum xəttini gücləndirir
Juventus Sassuolo-nun hücumçusu Canluka Skamakka transferini bitirməyə yaxındır.
Goal.az xəbər verir ki, Turin təmsilçisi 22 yaşlı oyunçunu sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə 18 aylıq icarəyə götürəcək.
Hazırda icarə əsasında Genoa-da oynayan İtaliyanın U-21 millisinin üzvü bu mövsüm A Seriyasında 13 matça çıxıb. Bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkən gənc forvard ölkəsində böyük gələcək vəd edən oyunçulardan sayılır.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR