17/01/2021
16:27
2925
| A A A
Barcelona Manchester United-dən futbolçu alır

Barcelona Manchester United-in oyunçusu Dioqo Dalota göz dikib.

Goal.az xəbər verir ki, Kataloniya klubu hazırda icarə əsasında Milan-da çıxış edən futbolçunun xidmətində maraqlıdır.

İngiltərə mətbuatının yazdığına görə, Barcelona 21 yaşlı portuqaliyalının transfer hüquqlarını almaq niyyətindədir. Bunun üçün ispanlar qarşı tərəfə 11 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Dalotun Milan-la icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. Onun Manchester United-lə müqaviləsi isə 2023-cü ilin yayında başa çatacaq.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19862 səs