20/01/2021
14:56
2928
| A A A
Aston Villa qapıçısını satdı

Aston Villa klubunun qapıçısı Lovre Kaliniçi birdəfəlik satıb.

Goal.az xəbər verir ki, 30 yaşlı futbolçu bir müddət əvvəl Hajduk klubuna icarəyə verilmişdi.

Lakin Split təmsilçisi Kaliniçi birdəfəlik transfer etməyə qərar verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kaliniç, 2023-cü ilin yayına qədər Hajduk-da çıxış edəcək.

Kaliniç bu mövsüm Aston Villa ilə Premyer Liqada heç bir oyuna çıxmayıb. O, 2018-ci ildən Premyer Liqa təmsilçisində forma geyinirdi.

Hajduk klubunun yetirməsi olan qapıçı Xorvatiya yığmasında 19 oyun keçirib.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13574 səs