27/01/2021
12:56
1791
| A A A
Polşa klubu Mahir Emrelinin transferində israrlıdır

Polşa Ekstraklasasında çıxış edən "Rakuv" klubu Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin transferində israrlıdır.

Goal.az yerli "transfery.info" saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Marek Papşun 24 yaşlı hücumçunu sərəncamında görmək istəyir.

Bildirilib ki, "Rakuv" bu keçid üçün "Qarabağ"a bir neçə yüz min avro ödəməlidir. Klub polşalı hücumçusu Oskar Zavada ilə vidalaşmaq niyyətindədir. Emrelinin məhz Cənubi Koreyaya yollanması gözlənilən forvardı əvəzləyəcəyi ehtimal edilir.

Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la bu ilin yayınadək müqaviləsi var. "Rakuv" isə Polşa Ekstraklasasında 14 turdan sonra 28 xalla 2-ci pillədə qərarlaşıb. Çenstoxova şəhərinin komandası ilk mövqedəki Varşava "Legiya"sından 1 xal geri qalır. Daha əvvəl Polşanın “Zaqlembe” klubu Emreli üçün təklif göndərib. Lakin forvard 200 min avro məvacib istədiyi üçün keçid gerçəkləşməyib. (Report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19862 səs