29/01/2021
11:27
4554
| A A A
İnter Martineslə bağlı qərar verdi

İnter-n futbolçusu Lautaro Martines klubla yeni müqavilənin detallarını razılaşdırıb.

Goal.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tvitter hesabında paylaşım edib.

Onun sözlərinə görə, argentinalı hücumçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılacaq. 24 yaşlı forvardın hər mövsüm üçün məvacibi 5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildən İnter-də çıxış edən Lautaro Martines cari mövsümdə 27 oyun keçirib və 10 qol vurub.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs