16/02/2021
14:26
4636
| A A A
Real Madrid PSG-nin təklifini geri çevirdi

PSG Real Madrid-in futbolçusu Kazemironun xidmətində maraqlıdır.

Goal.az xəbər verir ki, Paris klubu bunun üçün Real-a rəsmi təklif də göndərib.

“Kral klubu” isə 28 yaşlı futbolçunu satmaq istəmədiyini bildirərək, bu təklifdən imtina edib. Madrid klubu Kazemironun satışa çıxarılmayacağını və azı müqaviləsinin sonunadək komandada qalacağını açıqlayıb.

2013-cü ildən Real-da çıxış edən braziliyalı futbolçunun müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13574 səs