16/03/2021
21:45
19859
| A A A
Holandın istəyi klub rəhbərliyini şoka saldı

Manchester United yay transfer pəncərəsi zamanı hücum xəttini gücləndirmək üçün əsas prioritet seçib.

Goal.az xəbər verir ki, İngiltərə təmsilçisinin ilk hədəfi Borussia Dortmund-un və Norveç millisinin hücumçusu Erlinq Holandı almaqdır. Manchester United-in baş məşqçisi Ole-Qunnar Sulşer və idman direktoru Con Merto 20 yaşlı oyunçunu İnter-ə keçən Romelu Lukakunun uzunmüddətli əvəzləyicisi hesab edir.

Nəşr yazıb ki, ancaq futbolçunun yüksək transfer qiyməti bu keçidə problem ola bilər. Holandın Mançester təmsilçisindən həftədə təxminən 400 min avro almaq istədiyi bildirilir.

Qeyd edək ki, Holand 2020-ci ilin yanvarından Borussia-da oynayır. O, bu müddət ərzində Dortmund təmsilçisində 48 oyunda 47 qol vurub.(fanat)

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13768 səs