PSG-dən Juventus-a
Juventus sabiq futbolçusu Moyze Kini heyətinə qatmaq istəyir.
Goal.az xəbər verir ki, Turin təmsilçisi Everton-un icarə əsasında PSG-də çıxış edən hücumçusunu geri qayıtmaqda maraqlıdır. 21 yaşlı forvard A seriyası klubunun transfer siyahısında yer alıb. 2016-19-cu illərdə Juventus-da oynayan Kin Everton-a 40 milyon avroya keçib.
Futbolçudan razı qalan PSG rəhbərliyi də onun transfer hüququna yiyələnmək fikrindədir. Everton-la müqaviləsi 2024-cü ildə başa çatacaq Moyze mövsümün sonunadək Paris klubunda oynayacaq.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA