07/04/2021
11:24
1756
| A A A
Galatasaray heyətinə yeni futbolçu qatır

Galatasaray Kasımpaşa-nın futbolçusu Aytaç Kara ilə anlaşıb.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi 2020/2021 mövsümünün sonunda 28 yaşlı yarımmüdafiəçini heyətinə qatacaq.

Təcrübəli oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, bu mövsüm 26 oyunda meydana çıxan Aytaç Kara 4 qol vurub, 2 məhsuldar ötürmə edib. O, Beşiktaş-a 1:0 hesabı ilə qalib gəldikləri Superliqanın XXXI tur matçından sonra klubun icraçı direktoru Serkan Reçberlə mübahisə etdiyi üçün heyətdən kənarlaşıdırılıb.

Fubolçunun Kasımpaşa ilə müqaviləsi bu ilin iyununda başa çatacaq.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13777 səs