07/04/2021
20:13
2841
| A A A
Lukaku Premyer Liqaya qayıdır

İnter-in hücumçusu Romelu Lukaku Chelsea-yə qayıda bilər .

Goal.az xəbər verir ki, London klubu yayda yüksək səviyyəli mərkəz hücumçusu ilə müqavilə imzalamaq niyyətindədir.

Chelsea-nin sahibi Roman Abramoviçin qısa siyahısında yer alan 27 yaşlı hücumçu əsas hədəflər arasında Borussia Dortmund-un futbolçusu Erlinq Holanddan sonra ikinci yerdədir .

London təmsilçisisin belçikalı oyunçu üçün 100 milyon avrodan çox təklif göndərməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Lukaku 2011-2014-cü illərdə Chelsea-də oynayıb.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13777 səs