12/04/2021
20:49
5244
| A A A
Linqard top klubların hədəfində

West Ham-in yarımmüdafiəçisi Jesse Linqard bir sıra yüksək səviyyəli Avropa klublarının diqqət mərkəzinə düşüb.

Goal.az xəbər verir ki, müqavilə ilə Manchester United-ə məxsus olan ingilis oyunçu ilə PSG, Real Madrid və İnter maraqlanır.

28 yaşlı futbolçunun özü hələ gələcəyi barədə qərar verməyib. Onun əsas hədəfi gələn mövsüm Çempionlar Liqasında oynamaqdır .

Qeyd edək ki, "qırmızı şeytanlar" qışda Linqardı West Ham-ə icarəyə verib. O, burada 9 oyunda 8 qol vurub, 3 assist edib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11330 səs