14/04/2021
15:57
4132
| A A A
Aquero məşhur klubla danışıqlar aparır

Barcelona-nın rəhbərliyi Manchester City-də çıxış edən Serxio Aqueronun agenti ilə danışıqlara başlayıb.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi 33 yaşlı hücumçunun keçidinə mümkün variantlardan biri kimi baxır.

"Şəhərlilər" argentinalı oyunçunun mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Razılıq əldə olunarsa, Aquero Barcelona-ya azad agent kimi keçəcək.

Qeyd edək ki, Aquero 2011-ci ildən Manchester City-də çıxış edir.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs