17/04/2021
13:25
3058
| A A A
Suarez keçmiş klubuna qayıda bilər

Atletico Madrid-in hücumçusu Luis Suarez karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, uruqvaylı hücumçu ilə Liverpool klubu maraqlanır. Liverpool-da hücumçu Məhəmməd Salahın komandadan ayrılacağı halda, onun yerinin Suarezlə doldurulacağı bildirilib.

Suarez mövsümün əvvəlində 7 milyon avro qarşılığında Barcelona-dan Atletico-ya keçib. 34 yaşlı hücumçu Madrid komandası ilə 32 oyunda 19 qol vurub.

Qeyd edək ki, Suarez daha əvvəl, 2011-2014-cü illər aralığında Liverpool-da çıxış edib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs