20/04/2021
17:25
3171
| A A A
Ronaldo Real Madrid-ə qayıdır? - Qərar verildi

Real Madrid-in prezidenti Florentino Peres İtaliya Juventus-unda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldunun qayıtma ehtimalına münasibət bildirib.

Goal.az xəbər verir ki, 74 yaşlı funksioner portuqaliyalı hücumçunun "kral klubu"na dönməyəcəyini deyib.

Peresin sözlərinə görə, bu məsələ barədə danışmağın mənası yoxdur: "Onun Juventus-la müqaviləsi var".

Qeyd edək ki, Kriştiano Ronaldonun İtaliya klubu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun illik məvacibi 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda Real Madrid-dən 117 milyon avroya keçib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11338 səs