23/04/2021
21:30
3004
| A A A
Real Madrid-dən PSG-yə

Real Madrid-in müdafiəçisi Rafael Varan yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, Manchester United və PSG fransalı müdafiəçi ilə maraqlanır. Paris təmsilçisinin artıq 27 yaşlı oyunçu üçün rəsmi təklif göndərdiyi bildirilib.

Rafaelin Real-la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədər davam edir və onun "Kral klubu" ilə yeni sözləşmə ilə bağlı danışıqları o qədər də uğurlu getmir.

Qeyd edək ki, Varan 2011-ci ilin yayından Real-da oynayır.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs