24/04/2021
13:57
3081
| A A A
Ronaldo Premyer Liqaya qayıdır

Juventus-un ulduz futbolçusu Kriştiano Ronaldo Manchester United-ə qayıtmağa müsbət yanaşır.

Goal.az xəbər verir ki, 36 yaşlı hücumçu bunun üçün maaşının azaldılmasına da hazırdır. Portuqaliyalı oyunçu sabiq klubunda ən azı 20 milyon avro qazanmağı hədəfləyir.

Ronaldonun Juventus-la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun məvacibi ildə 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda Real Madrid-dən 117 milyon avroya keçib.

Qeyd edək ki, Ronaldo 2003 - 2009-cu illərdə Manchester United-in formasını geyinib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs