27/04/2021
13:23
1834
| A A A
Juventus gürcü futbolçunu 20 milyon avroya alır

Juventus Rusiya Rubin-inin və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliyanı 20 milyon avroya almağa hazırdır.

Goal.az xəbər verir ki, Turin təmsilçisi bu məbləği cari mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə ödəyəcək.

Bildirilir ki, Milan Kvaratsxeliya ilə mübarizədə Juventus-u geridə qoyur. "Qırmızı-qaralar" 20 yaşlı yarımmüdafiəçinin agenti ilə daimi təmasdadırlar. İstedadlı oyunçu ətrafındakı vəziyyəti Napoli və Almaniyanın Borussia Dortmund klubları da izləyir.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Rubin-ə 2019-cu ildə Rustavi-dən keçib. Bu mövsüm gürcüstanlı yarımmüdafiəçi Rusiya Premyer Liqasında 23 oyuna 4 qol vurub və 8 məhsuldar ötürmə verib. O, 2019-cu ildən Gürcüstan millisinə çağırılır.

Xviça Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur. (report)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs