29/04/2021
12:55
1238
| A A A
Manchester United Slavia-nın hücumçusu ilə maraqlanır

Slavia-nin futbolçusu Abdalla Sima karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, 19 yaşlı hücumçu ilə Manchester United klubu yaxından maraqlanır.

Bu barədə Manchester Evening News nəşri məlumat yayıb. Xəbərdə, “qırmızı şeytanlar”ın yayda Simanı heyətinə qatmağa çalışacağı bildirilib.

Bu mövsüm Slavia ilə 35 matçda 19 qol vuran hücumçunun “transfermarkt”da dəyəri 11 milyon avrodur. Seneqal yığmasına da dəvət alan Simanın klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.(sportinfo)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs