30/04/2021
12:56
2486
| A A A
Lukaku keçmiş klubuna keçir

Chelsea İnter-in hücumçusu Romelu Lukakunu transfer etməkdə israrlıdır.

Goal.az xəbər verir ki, London təmsilçisi 27 yaşlı hücumçunun komandaya qayıtmasında ciddi şəkildə maraqlıdır. Klubun bu transfer üçün təxminən 100 milyon avro ayırmağa hazır olduğu bildirilib.

İnter rəhbərliyinin növbəti mövsüm üçün liderlərini komandada saxlamağı planlaşdırdığı, ancaq koronavirus pandemiyasının səbəb olduğu çətin maddi vəziyyətin onları bu yay hücumçunu satmağa məcbur edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, Lukaku 2019-cu ilin avqustundan A seriyası təmsilçisində oynayır. Belçikalı futbolçu bu mövsüm 40 oyunda 27 qol vurub və 8 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədər davam edir.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10807 səs