01/05/2021
10:45
2177
| A A A
Manchester City-də yeni transfer

Manchester City heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, "şəhərlilər" Estudiantes-in yarımmüdafiəçisi Dario Sarmyentonu transfer edib. Bu barədə italiyalı jurnalist Fabrizio Romano özünün tvitter səhifəsində paylaşım edib.

18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq. İstedadlı oyunçu yeni komandasına bu ilin iyununda qoşulacaq.

Mançester təmsilçisi argentinalı futbolçu üçün 5 milyon avro təzminat ödəyib. Daha 12 milyon avro bonus kimi qarşı tərəfə veriləcək. Həmçinin Estudiantes Sarmyentonun növbəti satışından ümumi məbləğin 20 faizi qədər pul alacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs