03/05/2021
18:34
2711
| A A A
Mahir Emreli məşhur kluba keçir

Legia Warshawa klubu Azərbaycan millisinin və Qarabağ-ın futbolçusu Mahir Emreli ilə anlaşmağa yaxındır.

Goal.az xəbər verir ki, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb.

O, danışıqların çox yaxşı getdiyini bildirib: "Çoxlu təklifi olmasına baxmayaraq, Mahir Emreli Legia ilə anlaşmağa yaxındır. Legia danışıqları sürətlə inkişaf etdirir".

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən Qarabağ-ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. 24 yaşlı hücumçu hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır. Emreli ilə Polşanın daha bir neçə klubu maraqlanır. (report)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10808 səs