03/05/2021
19:37
2315
| A A A
Levandovski Premyer Liqaya keçə bilər

Bayern Münich-in futbolçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, polşalı hücumçunun meneceri Pini Zahavi Baeyrn Münich ilə yeni müqavilə haqda danışıqlar aparır.

Münhen təmsilçisi Levandovskinin illik məvacibini artırmasa, hücumçu İngiltərəyə yollana bilər. Belə ki, Premyer Liqanın bəzi klubları 32 yaşlı futbolçuya istədiyi maaşı verməyə hazırdır.

Levandovski ilə Manchester United və Chelsea klubları maraqlanır.

Qeyd edək ki, bu mövsüm Bayern ilə 37 oyunda 43 qol vuran Levandovskinin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10808 səs