04/05/2021
12:54
4679
| A A A
Ronaldo keçmiş klubuna qayıdır

Juventus-un futbolçusu Kriştiano Ronaldo yay transfer pəncərəsində Turin klubunu tərk etməyəcək.

Goal.az xəbər verir ki, portuqaliyalı hücumçu müqaviləsinin sonuna - 2022-ci ilin yayınadək hazırkı komandasında qalmaq qərarına gəlib.

İddiaya görə, 36 yaşlı forvard bundan sonra ölkəsinin Sporting klubuna qayıtmağı və karyerasını orada başa vurmağı planlaşdırır.

Daha əvvəl təcrübəli oyunçunun Mancheter United-ə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, Kriştiano Ronaldo yetirməsi olduğu Sporting-də 2002-2003-cü illərdə çıxış edib.