07/05/2021
16:53
3124
| A A A
Barcelona Busketsin əvəzləyicisini axtarır

Barcelona  futbolçusu Serxio Busketsə əvəzləyici axtarır.

Goal.az xəbər verir ki, Barcelona rəhbərliyi 32 yaşlı Busketsin bir neçə ildən sonra karyerasını bitirəcəyi ehtimalına görə, bu mövqeyə indidən futbolçu axtarır.

Barcelona-da Busketsin əvəzləyicisi olmağa namizədlər Sassuolo-dan Manuel Lokatelli, Rennes-dən Eduardo Kamavinqa və Real Sociedad-dan Mikel Merinodur.

Qeyd edək ki, 2008-ci ildən Barcelona-da çıxış edən Busketsin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.